• info@sambo.az

AVROPA BİRİNCİLİYİNDƏ UQURLARIMIZ

26-27 may tarixlərində Kipr Respublikasının Limasol şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında keçirilən Avropa Birinciliyində idmançılarımız ölkəmizi layiqli təmsil edərək yüksək nəticələr əldə etmişlər. Belə ki, idmançılarımız Salmanov Toğrul Yasir oğlu 98+ çəki dərəcəsində Qızıl medal (gənclər), Məmmədli Nicat Tərlan oğlu 58 kq çəki dərəcəsində Gümüş medal (gənclər) və Bağırov Elvin Valeh oğlu 64 kq çəki dərəcəsində Bürünc medal (gənclər) qazanmışlar. Həmçinin yarışın yekun nəticələrinə əsasən Milli Yığmamız komanda hesadında 3 yerə layiq görülmüşdür.




Просмотров: 50Комментариев: 0

Недавние посты

Смотреть все