top of page

AVROPA ÇEMPİONATI VƏ BİRİNCİLİKLƏRİNDƏ KOMANDAMIZ 14 MEDAL QAZANDI

18-24 aprel 2023-cü il tarixlərdə İsrail Dövlətinin Hayfa şəhərində kadetlər, yeniyetmələr, gənclər və kişilər arasında Avropa Çempionatı və Birincilikləri yarışı bitmişdir.

Yarışda ölkəmizi təmsil edən 23 idmançı arasından 14-ü medal qazanmışdır.


Kişilər arasında Seyidəliyev Mirfəttah 64 kq gümüş, Xəlilov Mehman 58 kq, Qasımov Hacalı 71 kq, Hüseynov Ceyhun 88 kq hər biri bürünc,

Gənclər arasında Babayev Sahib 58 kq, Şıxıyev Səməd 79 kq, Məmmədzadə Məhəmməd +98 kq hər biri bürünc,

Yeniyetmələr arasında Verdiyev Elsevər 64 kq gümüş, İsmayılov Amin 53 kq bürünc,

Kadetlər arasında Əlipənahov İsmayıl 49 kq gümüş, Kərimli Toğrul 53 kq, Rəhimov Nihad 58 kq, Məmmədli Kənan 71 kq, Hüseynli Huseyn 88 kq isə hər biri bürünc medal qazanmışlar.


Ümumilikdə komandanın hesabında 3 gümüş və 11 bürünc medal olmuşdur.

İdmançılarımızı təbrik edirik!


ASF















9 просмотров0 комментариев

Недавние посты

Смотреть все
bottom of page