Azərbaycan Birinciliyi və Çempionatının qalibləri müəyyən olundu

Обновлено: 14 февр.

Azərbaycan Sambo Federasiyası bu il yanvarın 15-16-da sambo üzrə Azərbaycan Birinciliyi və Çempionatı keçirib.

Yarışlar Bakı şəhərində, “Bakı İdman Sarayı”nda keçirilmişdir.

Yarışda 8 çəki dərəcəsi üzrə yeniyetmələr (2004-2006), 7 çəki dərəcəsi üzrə gənclər (2002-2003) və 7 çəki dərəcəsi üzrə böyüklər mübarizə aparmışlar.

Yarışın ilk günündə Ölkə Birinciliyinin və Çempionatının açılış mərasimi baş tutmuşdur. Mərasimdə fəxri qonaqlar Nicat Həsənov (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri), Raqif Abbasov (Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi), Fərid Mansurov (yunan-roma güləşçisi, idman ustası, 2004-cü il Yay Olimpiya Oyunlarının çempionu, AR prezidenti tərəfindən "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunmuş, ADBTİA-ın idman işləri üzrə prorektoru), federasiyanın vitse-prezidenti Cavid Səbzəliyev və prezidenti Ceyhun Məmmədov iştirak etmişlər.

Dövlət Himni səsləndirildikdən sonra Federasiyanın prezidenti Ceyhun Məmmədov çıxış etmişdir. O, çıxışında ötən ilin uğurlarını qeyd etmiş, sambo güləşinin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən daimi tanınması münasibətilə bütün sambo ailəsini təbrik etmişdir. Çıxışının sonunda bu il Respublika Birinciliyinin və Çempionatının baş tutması ilə əlaqədar bütün iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik etmiş və hər kəsə uğurlar arzulamışdır.

Yarışın fəxri qonaqları da iştirakçıları salamlayıb, onlara uğurlar arzulamışlar.

Daha sonra yarışlar start götürmüşdür.

Yarışın birinci günü yeniyetmələr və gənclər arasında, ikinci günüdə isə böyüklər arasında respublika çempionları müəyyən olunmuşdur.

Yarışın mükafatlandırma mərasimində həmçinin qonaqlar Raqif Abbasov (Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi), Namiq Abdullayev (sərbəst güləşçi, Əməkdar İdman Ustası, 2000-ci il Yay Olimpiya Oyunlarının çempionu, AR prezidenti tərəfindən "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunmuş, sərbəst güləş üzrə Milli Yığmanın baş məşqçisi), Vüqar Ələkbərov (həvəskar boksçu, 2000-ci il Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı), Qalib Hümbətov (sambo üzrə ikiqat Avropa çempionu), Elçin Mayılov (sambo üzrə dünya çempionu), Amil Qasımov (Avropa çempionu, sambo üzrə 2015-ci il Avropa Oyunlarının gümüş mükafatçısı, Dünya Çempionatının çempionu və mükafatçısı, Dünya Kubokunun qalibi), Elçin Cəfərov (əməkdar məşqçi, AR prezidenti tərəfindən "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunmuş, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi), federasiyanın vitse-prezidenti Cavid Səbzəliyev və prezidenti Ceyhun Məmmədov (sambo üzrə 7 qat Dünya, 6 qat Avropa, 13 dəfə SSRİ, 2 qat Dünya kuboku çempionu, SSRİ və AR əməkdar idman ustası, 2003-cü ildən AR Sambo Federasiyasının Prezidenti, AR Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə, “Şöhrət” ordeni ilə təltif edilmiş, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi ).

Mükafatlandırma mərasimindən sonra fəxri qonaqlar Respublika Birinciliyi və çempionatın bütün qaliblərinə Beynəlxalq yarışlarda uğurlu iştirak arzulayıblar.

Yarış ölkədə tətbiq edilən xüsusi karantin (COVID-19) rejiminin tələblərinə uyğun olaraq xüsusi şərtlərlə keçirilmişdir.


15-16.01.2022 tarixində keçirilmiş Azərbaycan Birinciliyinin və Çempionatının qaliblərinin siyahısı

Yeniyetmələr (2004-2006)

Fərid Zərbəliyev (53 kq), Əliyev Murad (58 kq), Gülməmmədov Musaxan (64 kq), Babazadə Kərəm (71 kq), İbrahimov Toğrul (79 kq), Zamanov İsmayıl (88 kq), İsgəndərli Nihad (98 kq), Məcidli Orxan (+98 kq).


Gənclər (2002-2003)

Rüstəmli Rəvan (58 kq), Bağırov Elvin (64 kq), Hüseynov Əhməd (71 kq), Adilzadə Adil (79 kq), Əliyev Məhəmmədəli (88 kq), Səfixanov Ruslan (98 kq), Məmmədzadə Məhəmməd (+98 kq).


Kişilər

Xəlilov Mehman (58 kq), Seyidəliyev Mirfəttah (64 kq), Həsənov Emil (71 kq), Bayramov Vüqar (79 kq). Hüseynov Ceyhun (88 kq), Nəsibli Eyvaz (98 kq), Qəhrəmanov Şahin (+98 kq).





86 просмотров0 комментариев

Недавние посты

Смотреть все