top of page

Azərbaycan Birincilikləri və Çempionatı başa çatıb

17-20 fevral 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Sambo Federasiyasının birgə keçirdiyi 3 yaş qrupu üzrə (yeniyetmə, gənclər və kişilər) Azərbaycan Birincilikləri və Çempionatı başa çatıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları 2023-cü ili Respublikamızda Ümummilli Lider Heydər Əliyev ili elan etmişdir. Sambo Federasiyasının təqvimində Ulu Öndərin xatirəsinə həsr olunan müxtəlif tədbirlər planlaşdırılmışdır.

Bu münasibətlə Sambo güləş növü üzrə Azərbaycan Birincilikləri və Çempionatı Ulu Öndər, Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin 100 illik xatirəsinə həsr olunmuşdur.

Azərbaycan Birinciliyi və Çempionatında 14 regionun komandası və 21 Bakı və Sumqayıt şəhərləri daxil olmaqla klub, cəmiyyət və idman təşkilatlarından 500-ə yaxın idmançı iştirak etmişdir.

Azərbaycan Birinciliyi və Çempionatının açılış və bağlanış mərasimində Nazirliyin rəsmisi Kütləvi Bədən Tərbiyəsi və Texniki İdman Növləri sektorunun müdiri Aydın Məmmədov, həmçinin İdman Növləri üzrə baş mütəxəssis Nağıyev Sarvan, ASF-nin prezidenti Ceyhun Məmmədov, Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasov, Boks idman növü üzrə Olimpiya Oyunlarının bürünc mükafatçısı, sambo üzrə Dünya çempionu Elçin Mayılov və digər mötəbər qonaqlar iştirak etmişlər.

Yarış başlamazdan öncə Türkiyədə 06.02.2023-cü il tarixlərdə baş verən zəlzələ nəticəsində həlak olanların ruhu 1 dəqiqəlik sükütla yad edilmişdir.

Yarışın əsas məqsədi Azərbaycanda sambonun coğrafiyasını genişləndirmək, yeniyetmə, gənclər və kişilər arasında idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədləri yığma komandaya seçmək olmuşdur.

Azərbaycan Birinciliyi və Çempionatı üzrə yarışın 3 yaş qrupu üzrə (yeniyetmə, gənclər və kişilər) son nəticələrinə görə qaliblərin siyahısını təqdim edirik:


Azərbaycan Birinciliyi (yeniyetmələr) 17-18.02.2023

Kərimli Toğrul (53 kq) "Neftçi İK", İsmayılov Nicat (58 kq) "6№-li İOEUGİM", Verdiyev Elsevər (64 kq) "Gəncə 1№-li UGİM", Nadirov Ricat (71 kq) "6№-li İOEUGİM", Süleymanlı Sülhan (79 kq) "Gəncə 1№-li UGİM", Baqişov Camal (88 kq) "Neftçi İK", Gözəlov Fərəc (98 kq) "6№-li İOEUGİM", Səlimov Rohid "Sumqayıt Cüdo İK".


Azərbaycan Birinciliyi (Gənclər) 18-19.02.2023

Babayev Sahib (58 kq) "Neftçi İK", Səbzəliyev Abdurrahman (64 kq) "Şirvan GİK", Əlizadə Canəli (71 kq) "Yasamal-Sambo İK", Şıxıyev Səməd (79 kq) "10№-li UGİM", Zeynallı Sadiq (88 kq) "6№-li İOEUGİM", Aydəmirov Rəsul (98 kq) "Sərhədçi İM", Məmmədzadə Məhəmməd (+98 kq) "Neftçi İK".


Azərbaycan Çempionatı 19-20.02.2023

Xəlilov Mehman (58 kq) "Sumqayıt 1№-li İOEUGİŞM", Seyidəliyev Mirfəttah (64 kq) "Şirvan GİK", Qasımov Hacalı (71 kq) "Neftçi İK", Adilzadə Adil (79 kq) "Neftçi İK", Hüseynov Ceyhun (88 kq) "Siyəzən-Neftçi İK", Cavadzadə Şirin (98 kq) "Siyəzən-Neftçi İK", Məcidli Orxan (+98 kq) "6№-li İOEUGİM".


Beləliklə Milli Yığma Komandanın 2023-cü il üçün tərkibi müəyyən olundu.

ASF rəhbərliyi qalib və mükafatçılarımızı təbrik edir və uğurlar arzulayır!



96 просмотров0 комментариев

Недавние посты

Смотреть все
bottom of page