top of page

AZƏRBAYCAN SAMBO FEDERASİYASININ İCRAİYYƏ KOMİTƏSİNİN ÜZVLƏRİ ARASINDA KADR DƏYİŞİKLİYİ OLMUŞDUR

06.08.2021-ci il tarixində Azərbaycan Sambo Federasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. iclasın gündəlik məsələsi İcraiyyə Komitəsinin üzvləri arasında kadr dəyişikliyi olmuşdur.

Azərbaycan Sambo Federasiyasının Döyüş sambosu üzrə vitse-prezidenti Cəfərov Murad öz xahişi ilə bu vəzifədən azad olunmuşdur.

Bununla əlaqədar olaraq, Xalid Abbasov-vitse-prezident və həmçinin Rəşad Məmmədov vitse-prezident vəzifəsinə seçilmişlər.

Daha bir kadr dəyişikliyi Milli Yığma Komandanın məşqçiləri arasında olmuşdur.

Belə ki, Yeniyetmə və Gənclər arasında Milli yığmanın baş məşqçisi vəzifəsinə (müvəqqəti olaraq) idman ustası, əməkdar məşqçi Rüfət İsmayılov, Kişilər arasında Milli yığmanın baş məşqçi vəzifəsinə (müvəqqəti olaraq) idman ustası, əməkdar məşqçi Tarverdiyev Vahid, Döyüş sambosu üzrə Milli yığma Komandanın baş məşqçisi vəzifəsinə isə Dünya və Avropa Çempionatlarının bürünc mükafatçısı, idman ustası Abbasov Bəxtiyar təyin olunmuşlar.



42 просмотра0 комментариев

Недавние посты

Смотреть все
bottom of page