top of page

Bəxtiyar Abbasov (müvəqqəti) təyin olunduğu baş məşqçi vəzifəsindən öz xahişi ilə azad edildi

06.08.2021-ci il tarixində Azərbaycan Sambo Federasiyası İcraiyyə Komitəsinin kadr dəyişikliyi ilə əlaqədar keçirdiyi iclasında Milli Yığma Komandaya döyüş sambosu üzrə baş məşqçi vəzifəsinə (müvəqqəti) təyin olunan Bəxtiyar Abbasov, öz xahişi ilə bu vəzifədən azad edilmişdir. Səbəb olaraq, Bəxtiyar Abbasov güləşdə karyerasını davam etdirmək istəyi olduğunu bildirmişdir. Eyni zamanda hər iki fəaliyyətlə məşğul olması mümkün olmadığı üçün, rəhbərlik tərəfindən bu qərar məqsədəuyğun hesab edilmişdir.

Bəxtiyar Abbasova idman karyerasında yüksək nailiyyətlər arzulayırıq!



30 просмотров0 комментариев

Недавние посты

Смотреть все
bottom of page