top of page

GİZİR ELMƏDDİN CƏFƏROVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TURNİR

25-26.06.2022-Cİ İL TARİXLƏRİNDƏ “II VƏTƏN MÜHARİBƏSİ” ŞƏHİDİ,

GİZİR ELMƏDDİN CƏFƏROVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ

KADETLƏR ARASINDA, SAMBO GÜLƏŞİ ÜZRƏ TURNİR KEÇİRİLMİŞDİR


Turnir 2016-cı il Aprel döyüşlərində və həmçinin 27.09.2020-ci ildə Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda başladılan “II Vətən Müharibəsi”ndə iştirak etmiş Elmmədin Cəfərovun xatirəsinə həsr olunmuşdur.

Elməddin Cəfərov 21 sentyabr 1987-ci ildə Xızı rayonunun Şorabad qəsəbəsində dünyaya gəlmiş, 08.10.2020-ci il tarixində Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşdə aldığı qəlpə yaralarından, şəhidlik zirvəsinə ucalmışdır.

Ölümündən sonra:

(15.12.2020) — "Vətən uğrunda" medalı

(25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı

(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı

(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı

ilə təltif olunmuşdur.


Turnir Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin və Azərbaycan Sambo Federasiyasının dəstəyi ilə şəhidin doğulduğu Xızı rayonun Şorabad qəsəbəsində keçirilmişdir.



20 просмотров0 комментариев

Недавние посты

Смотреть все
bottom of page