top of page

İDMANÇIMIZ EMİL HƏSƏNOVA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ TƏRƏFİNDƏN MƏNZİL HƏDİYYƏ OLUNDU

25.12.2019-cu il tarixində Milli Olimpiya Komitəsində 2019-cu ilın idman yekunlarına həsr olunan mərasim keçırilıb.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev iştirak edib. Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə Prezident tərəfindən mənzil hədiyyə olunmuşdur.

Mənzil verilən idmançılar arasında dəfələrlə Avropa və Dünya Birinciliklərinin, Çempionatlarının və digər rəsmi yarışların mükafatçısı olmuş idmançımız Emil Həsənov da vardır.

İdmana və idmançılara göstərdiyi xüsusi diqqətə görə cənab İlham Əliyevə Azərbaycan Sambo Federsiyası rəhbərliyi dərin minnətdarlığını bildirir.



19 просмотров0 комментариев

Недавние посты

Смотреть все
bottom of page