top of page

SAMBO ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ VƏ ÇEMPİONATI

14-16.01.2022-ci il tarixlərdə sambo güləş növü üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcəkdir.

Milli komandaya seçim xarakteri daşıyan Ölkə Birinciliyi və Çempionatı “Bakı İdman Sarayı”nda baş tutacaqdır.

14 yanvar komandaların gəlmə və çəkiölçmə günüdür.

15 yanvar tarixində Ölkə Birinciliyində yeniyetmələr (53 kq, 58 kq, 64 kq, 71kq, 79 kq, 88 kq, 98 kq, +98) və gənclər (58 kq, 64 kq, 71kq, 79 kq, 88 kq, 98 kq, +98) arasında qaliblər müəyyənləşəcəkdir.

16 yanvar tarixində Ölkə Çempionatında isə kişilər (58 kq, 64 kq, 71kq, 79 kq, 88 kq, 98 kq, +98) qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Yarışlarda ölkəmizin bir çox rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarının idmançıları iştirak edəcəkdir.


Yarış ölkədə davam edən xüsusi karantin rejimi qaydalarına uyğun olaraq, keçiriləcəkdir.


İdmançılarımıza uğurlar arzulayırıq!

ASF



276 просмотров0 комментариев

Недавние посты

Смотреть все
bottom of page