top of page

YANVARIN 9-DA 2022-Cİ İLİN İDMAN YEKUNLARINA HƏSR OLUNAN MƏRASİM KEÇİRİLİB

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırıb. Prezident İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssislərinə yeni mənzillərin orderlərini təqdim edib.

Mənzillə mükafatlandırılan idman mütəxəssisləri arasında 1975-ci ildən məşqçi-müəllim (məşqçilik fəaliyyəti dövründə Beynəlxalq dərəcəli idman ustaları, Beynəlxaq turnirlərin qalibləri və bir cox idman ustalarının, Beynəlxalq dərəcəli hakimlərin hazırlığında böyük əməyi vardır), sambo üzrə idman ustası və Azərbaycan Respublikasının əməkdar məşqçisi, Azərbaycan Dillər Universitetinin dosenti, idman kafedrasının müdüri, 2004-cü ildən 2012-ci ilədək Azərbaycan Sambo Federasiyasının Hakimlər Kollegiyasının sədri, 2013-cü ildən bu günədək ASF-nin baş katibi vəzifəsində fəaliyyət göstərən Mahmudov Ramil Hacı oğlu da yer almışdır.


ASF rəhbərliyi və kollektivi adından Ramil Hacı oğlu Mahmudovu təbrik edirik!



12 просмотров0 комментариев

Недавние посты

Смотреть все
bottom of page